BDU-da İndoneziya səfiri ilə görüş olub

19/12/2018

Bakı Dövlət Universitetində İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fananinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə rektorun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsindən,  o cümlədən  İndoneziya ilə təhsil və elm sahəsində əməkdaşlığın önəmindən  bəhs edib.

Səfir Hüsnan Bey Fananini, öz növbəsində İndoneziya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirildiyini söyləyib, BDU ilə həyata keçiriləcək layihələrə dəstək olacağını qeyd edib.

Görüşdə universitetlərarası əlaqələrin genişləndirilməsi, tələbə və müəllim  mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, layihələrin hazırlanması kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində İndoneziya Universitetinin prorektoru Prof.Dr.Bambang Vibavarta və mütəxəssisi Dr.Untung Yuvono olub.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2018-ci il.


Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026