BDU-da “Necə nəşr etməli?” mövzusunda növbəti vebinar keçiriləcək

18/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə iyulun 20-də Bakı vaxtı ilə saat 19:00-da Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Jurnal məqaləsini necə yazmalı və düzəlişlərə dair məsləhətlər” (“How to write a journal article and advice on revisions”) mövzusunda  vebinarın ikinci buraxılışı keçiriləcək.

Vebinarda “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski və  Cenifer Lovik iştirak edəcəklər. İngilis dilində sual-cavab sessiyası ilə keçiriləcək vebinarda iştirak üçün https://sagepub.zoom.us/webinar/register/WN_-n9al9BKRd2P-2QRwdu3fQ linkində qeydiyyatdan keçmək lazımdır.

Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların iyul ayı buraxılışında akademik məqalənin yazılış qaydası, tədqiqatın strukturu, əlyazmanı təkmilləşdirmək üçün strategiyalar izah olunacaq, məqaləyə daxil ediləcək elementlər, eləcə də düzəlişlərin idarə olunması haqqında praktik məsləhətlər veriləcək.

Qeyd edək ki, “Necə nəşr etməli?” (“How to get published?”) mövzusunda ilk vebinar ötən ay keçirilmişdi.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026