BDU-da “Necə nəşr etməli?” mövzusunda növbəti vebinar

21/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Jurnal məqaləsini necə yazmalı və düzəlişlərə dair məsləhətlər” (“How to write a journal article and advice on revisions”) mövzusunda  vebinarın ikinci buraxılışı keçirilib.
Vebinar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski, Cenifer Lovie və Məhəmməd Hadem Aslamın iştirakı ilə keçirilib

Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların iyul ayı buraxılışında akademik məqalənin yazılış qaydası, tədqiqatın strukturu, əlyazmanı təkmilləşdirmək üçün strategiyalar izah olunub, məqaləyə daxil ediləcək elementlər, eləcə də düzəlişlərin idarə olunması haqqında praktik məsləhətlər verilib.
“Necə nəşr etməli?” (“How to get published?”) mövzusunda vebinarın növbəti üçüncü buraxılışı (Mentorship and general drop-in session) avgust ayının 24-də keçiriləcək.

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026