BDU-da neftli çökmə suxurlarının kimyəvi və mineraloji tərkibinə dair elmi seminar

13/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Məhsuldar qat çöküntülərində kimyəvi elementlərin paylaşmasının süxurların struktur-litoloji-mineraloji xüsusiyyətlərindən asılılığı” mövzusunda elmi seminar keçirilib.

Seminarda Ümumi və tarixi geologiya kafedrasının dosenti Fərrux Həsənov mövzu ilə bağlı çıxış edib. Məruzədə  Bulla-dəniz və başqa yataqların neftli çökmə suxurlarının kimyəvi və mineraloji tərkibi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Bulla-dəniz yatağında böyük dərinliklərdə (6314m-dən – 6400m-dək) suxurların kimyəvi və mineraloji tərkibi kəskin dəyişir. Bu intervalda kvars və çöl şpatının miqdarı kəskin azalır, lakin kalsit və barit minerallarının miqdarı artır. Bu kəsilişdə karbonatların əmələ gəlməsi yenidən kristallaşma ilə əlaqədar olub, əsas proseslərdən biri kimi postsedimentasiyon dəyişməsi və polimorf kalsitin yaranmasına səbəb olur.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026