BDU-da “Nigar Rəfibəyli-110” adlı kitab sərgisi

23/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 110 illiyinə həsr edilən kitab sərgisi təşkil edib. Sərgidə şairənin Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, tərcümə və tərtib etdiyi, redaktoru olduğu kitablar, sözlərinə yazılmış mahnıların yer aldığı nəşrlər, haqqında yazılan kitablar nümayiş olunur.

Nümayiş olunan kitablar sırasında onun hələ həyatdaykən işıq üzü görən “Я люблю тебя, человек” (1958), “Dənizin səsi gəlir” (1964), “Ana səsi” (1969) və s. kimi şerlər kitabları da yer alır.

Şairənin doğum gününə həsr olunan sərgi bu həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

 

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026