BDU-da “Nitqin elmi üslubu” fənni xarici tələbələrə uğurla tədris olunur

24/01/2018

BDU-nun Hazırlıq şöbəsində tədris olunan “Nitqin elmi üslubu” fənninin başlıca məqsədi əc­nəbi tələbələrdə ixtisasla əlaqədar nəzəri və praktik cəhətdən ilkin təsəvvürlər ya­ratmaq, onların nitqini inkişaf etdirmək, elmi dilin qanunauyğunluqlarının tələbələrin gələcək ixtisas profilinə uyğun materiallar əsasında öyrədil­məsidir. Əcnəbi tələbələrin “Nitqin elmi üslubu” fənnindən keçdikləri mövzular əsasında təqdimatlar hazırlaması artıq bir ənənəyə çevrilib. Bu günlərdə “Hüquq” ixtisası üzrə hazırlıq kursu keçən türkiyəli tələbələr Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin rəhbərliyi ilə ixtisas mövzuları əsasında müxtəlif təqdimatlar hazırlayaraq öz biliklərini uğurla nümayiş etdiriblər.

Mətbuat və informasiya şöbəsi, 24 yanvar 2018-ci il.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026