BDU-da “Nizami fəlsəfi irsi və müasirlik” mövzusunda tədbir

04/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Nizami Gəncəvi ili çərcivəsində “Nizami fəlsəfi irsi və müasirlik” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova Şərq fəlsəfi fikir tarixin formalaşmasında mühüm rol oynamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində fəlsəfi məqamlara diqqət çəkərək Nizami dühası haqqında məruzə ilə çıxış edib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmı işçisi Zeynəddin Şabanov çıxışında Nizaminin  əsərlərindəki vətənpərvərlik, mərhəmət və s. insani keyfiyyətlərin tərənnümündən bəhs edib.

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Səbirə Neymətzadə, kafedranın doktorantı Araz Əliyev və kafedranın II kurs magistrantı Elza Məmmədova Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyinin sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan verməsindən, Nizami Gəncəvinin əsərlərindəki humanizm və demokratiya prinsiplərinin  təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında bu meyllərin intişarına səbəb olmasından bəhs ediblər.

Tədbir bədii hissə ilə davam edib, tələbələr Nizami Gəncəvinin qəzəllərini səsləndiriblər.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026