BDU-da “Nizami Gəncəvi - qüvvət elmdədir” mövzusunda konfrans keçirilib

28/04/2021

Bakı Dövlət Universiteti (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi - qüvvət elmdədir” mövzusunda konfrans keçirilib.

Konfransda “Nizami Gəncəvi ili - 2021” adlı videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan liseyin direktoru Arif Bağırov insanlığı bəşəri sülhə, ədalətə səsləyən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi münasibətilə 2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Nizami Gəncəvi ili" elan edilməsi haqqında sərəncamının əhəmiyyətindən və Nizami Gəncəvinin yaradıcılığından bəhs edib.

Sonra Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov və liseyin direktor müavini, dosent Məleykə Bayramova çıxış edib. Çıxışlarda öz torpaqlarını işğalçılardan azad edən, ərazi bütövlüyünü bərpa edən qalib olan bir dövlətin qarşısında hazırda öz tarixi, ədəbiyyatı barədə məlumatı dünyaya çatdırmaq vəzifəsi durduğu qeyd edilib. Bu məqamı nəzərə alaraq, “Nizami Gəncəvi ili” çərçivəsində Bakı Dövlət Universitetində Şərq poeziyasının əbədi günəşi hesab edilən dahi şairin həyat və yaradıcılığının, əsərlərindəki ədəbi və fəlsəfi ideyaların təbliğinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Sonra Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Lalə Əliyeva “Nizami Gəncəvi dühası”, Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Əliyeva “Nizami Gəncəvi əsərlərində türk bəzəyi”, Filologiya fakültəsinin IV kurs tələbəsi İlknur Pənahlı “Nizami Gəncəvi yaradıcılığında oğluna nəsihət”, Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Yaqut Hüseynova “Nizami Gəncəvi yaradıcılığında qadın obrazı” mövzularında məruzə ilə çıxış ediblər.

Konfransda Filologiya fakültəsinin III kurs tələbələri - Fidan Abdinova, Aysel Seyidova və Gülşən Həsənli, liseyin şagirdləri - İbrahim Xəlil, Əminə Cəfərli, Ayan Hacıyeva isə Nizaminin şeirlərini səsləndiriblər.

Sonda “Gənc istedadlar” liseyinin şagirdləri Nura Qocayeva və Nihad Həşimovun Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024