BDU-da Nizami Gəncəvi adına xüsusi təqaüd təsis edilib

23/09/2021

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar tarixli Sərəncamı ilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu istiqamətdə Bakı Dövlət Universitetində “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da bu günə qədər 20-dən çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və s. həyata keçirilib, kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Tədbirlər Planına uyğun olaraq 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi münasibətilə 2020/2021-ci tədris ili üçün BDU-da Nizami Gəncəvi adına xüsusi təqaüd təsis edilib. Hər fakültədən bir tələbə olmaqla, Filologiya və Şərqşünaslıq fakültələri üzrə bakalavriat pilləsində əyani formada təhsil alan 2020/2021-ci tədris ilinin II semestr üzrə ən yüksək nəticə göstərən tələbələrinə Nizami Gəncəvi adına təqaüd veriləcək.

Xəbərlər

BDU-nun professoru Sabit Məmmədov vəfat edib

BDU-nun professoru Sabit Məmmədov vəfat edib
09/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026