BDU-da “Nizami Gəncəvi irsində mütaliə” mövzusunda elmi seminar

12/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib. Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının magistrantı Könül Kərimova “Nizami Gəncəvi irsində mütaliə” mövzusunda məruzə edib. Məruzəçi ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin gənc tədqiqatçıların da qarşısında mühüm vəzifələr qoyduğunu və eyni zamanda bu tarixi sənədin Nizami irsinə yeni aspektdən yanaşmalar üçün böyük stimul yaratdığını bildirib. Böyük mütəfəkkirin zəngin yaradıcılığı, əsərlərinin mövzu dairəsi haqqında məlumat verən gənc tədqiqatçı diqqətə çatdırıb ki, Nizami Gəncəvi Şərq, eləcə də Azərbaycan əlyazma kitab mədəniyyətinə də əvəzsiz töhfələr verib. Qeyd olunub ki, dahi mütəfəkkirin əsərlərində söz sənəti, kitab, mütaliə, kitabxana ilə bağlı da çoxlu sayda müdrik fikirlər, kəlamlar da yer almışdır. Onlar bu gün də öz əhəmiyyətini və aktuallığını qoruyub saxlayır. Dahi şairin söz sənəti, kitab, mütaliə, kitabxana ilə bağlı kəlamlarından nümunələr gətirən gənc tədqiqatçı Nizami yaradıcılığının bu istiqamətinin görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfov tərəfindən dərindən araşdırıldığını da diqqətə çatdırıb.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla dinlənilib, dekan müavini Mehmanəli Məmmədov, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov, dosent Elçin Məmmədov, fəlsəfə doktoru Eldəniz Məmmədov, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Ülkər Cabarova məruzə ilə bağlı fikirlərini bildirib, gənc tədqiqatçıya suallar ünvanlayıblar.

 

Xəbərlər

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026

BDU-nun professoru Rasim Məmmədov vəfat edib

BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04/02/2026

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04/02/2026