BDU-da "Nizami əsərlərinin kompozisiyası və bədii xüsusiyyətləri" adlı tədbir

20/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Nizami ili” çərçivəsində "Nizami əsərlərinin kompozisiyası və bədii xüsusiyyətləri" adlı onlayn tədbir keçirilib.

Fakültənin dekan müavini Şahin Yusifli tədbiri açıq elan edərək Şərqşünaslıq fakültəsində Nizami ili ilə bağlı keçirilən silsilə tədbirlər barəsində məlumat verərək dahi şairin həyat və yaradıcılığının öyrənilməsi, əsərlərində ədəbi və fəlsəfi ideyalarının aşılanmasının zəruriliyini qeyd edib, ölkə rəhbərinin müvafiq sərəncamını xatırladaraq, bu sahədə görülən işlərdə şərqşünasların yaxından iştirakının əhəmiyyətini vurğulayıb.

İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova Nizaminin "Sirlər xəzinə"si əsərinin bədii xüsusiyyətləri, burada istifadə olunan orijinal leksik fiqurlar, dil xüsusiyyətləri, fonetik hadisələr haqqında çıxış edib.

Azərbaycan Musiqi Akademiyasının Dillər və ədəbiyyat kafedrasının müdiri, professor Tərlan Quliyev Nizami "Xəmsə"sinin quruluşu haqqında çıxışında  poemalarda istifadə olunan əruzun bəhrləri, təfilə sistemi barədə danışıb, dahi şairin əsərlərindən sitatlar gətirməklə istifadə edilmiş bəhrlərin imkanlarından bəhs edib.

İran filologiyası kafedrasının dosenti İlhamə Məmmədova, Nizaminin "Sirlər xəzinə"si əsərində yer alan münacatlar mövzusunda çıxış edərək onun yaradıcılığında irfani motivləri farsca nümunələr əsasında təhlil edib.

Ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov və fakültənin tədris işləri üzrə dekan müavini Tərlan Məlikov “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan ədəbiyyatının, ana dilimizin, ümumiyyətlə, mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin təbliği ilə bağlı müxtəlif məzmunlu silsilə tədbirlərin keçirildiyini, bu kimi tədbirlərin davamlı olacağını bildiriblər.

 

 

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025