BDU-da “Nizami “Xəmsə”si və mənzum romançılıq ənənələri” mövzusunda müzakirə

15/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Nizami “Xəmsə”si və mənzum romançılıq ənənələri” mövzusunda müzakirə keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə Heyətinin üzvü, tanınmış ədəbiyyatşünas Əsəd Cahangir geniş məruzə ilə çıxış edib. Əsəd Cahangir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib, Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirlməsinin Nizami irsinin yenidən və hərtərfəli araşdırlması baxımından böyük imkanlar yaratdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onların irsinin təbliği hər zaman Ulu öndərimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarın qəbul olunduğunu, 1981-ci ildə Nizaminin 840 illik yubiley mərasimlərinin ümumittifaq səviyyəsində qeyd edilməsini vurgulayan məruzəçi həmin siyasətin bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Əsəd Cahangir məruzəsində “Xəmsə”yə daxil olan əsərləri təhlil edib, Nizami irsinin dünya ədəbiyyatında mənzum romançılıq ənənələrinin formalaşmasındakı müstəsna əhəmiyyətindən danışıb. Bildirib ki, Nizami ənənələri yalnız Şərq ədəbiyyatında deyil, Avropa ədəbiyyatında da özünü geniş şəkildə ifadə edib. O, dünya ədəbiyyatında məhz Nizami yaradıcılığının təsiri ilə yazılmış bir sıra mənzum romanlardan, eləcə də nəsr əsərlərindən nümunələr göstərib, Nobel mükafatı almış müəyyən yazıçıların uğurunun arxasında Nizami irsinin dayandığını inandırıcı faktlarla əsaslandırıb.

Çıxış edənlər - Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramov, kafedra müdiri Knyaz Aslan akademik səviyyəsi ilə seçilən məruzəni yüksək dəyərləndirib, eyni zamanda bu cür müzakirələrin tələbələrdə milli ruhun formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Məruzə tələbələrin böyük marağına səbəb olub, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024