BDU-da “Nizaminin insan fəlsəfəsi” mövzusunda tədbir keçirilib

12/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Nizaminin insan fəlsəfəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, tarixi zəfərlə başa çatan Vətən müharibəsində şəhid olan soydaşlarımızın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib, bu Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirlməsinin Nizami irsinin yenidən və hərtərfəli araşdırlması baxımından böyük imkanlar yaratdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onların irsinin təbliği hər zaman Ulu Öndərimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarın qəbul olunduğunu, 1981-ci ildə Nizaminin 840 illik yubiley mərasimlərinin ümumittifaq səviyyəsində qeyd edilməsini vurğulayan natiq həmin siyasətin bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. BDU-da “Nizami Gəncəvi İli” çərçivəsində beynəlxalq və respublika əhəmiyyətli konfransların, ədəbi-bədii tədbirlərin, müzakirələrin keçirlildiyini diqqətə çatdırıb.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizaminin ictimai idealı”, Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizaminin insan fəlsəfəsi” mövzusunda məruzə ediblər. Hər iki məruzə auditoriya tərəfindən böyük maraqla dinlənilib.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024