BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin qiymətləndirilmə mərhələsi keçirilib

06/02/2023

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ gənc mühəndislər” layihəsinin proyektlərin işlənilmə və qiymətləndirilmə mərhələsi keçirilib.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi Pərviz Müseyibli çıxışlarında gənclərin elmi-texniki bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlər barədə məlumat verib, komandalara uğurlar arzulayıblar.

Daha sonra layihə rəhbəri Orxan Güləhmədov tədbir iştirakçılarına indiyə qədər keçirilən təlimlər haqqında danışıb, qaliblərin seçilməsi prinsiplərini izah edib. Komandaların hər birinə “Görmə və eşitmə əngəlli insanların həyatını asanlaşdıracaq cihazın hazırlanması” adlı layihə üçün prototipin hazırlanmasını tapşırılıb. Layihə ekspertlər tərəfindən qiymətləndirib.

Qaliblərin mükafatlandırılması və layihənin bağlanış mərasimi fevralın 13-də BDU-da baş tutacaq.

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026