BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

08/10/2026

Bakı Dövlət Universitetində (BDU) professor-müəllim heyəti və struktur bölmələrin əməkdaşları üçün “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək.

BDU-nun Tədris prosesinin idarə olunması şöbəsinin müdiri Fərhad Aydınlı tərəfindən keçiriləcək təlimdə müasir ali təhsildə tədrisin təşkili, tələbəyönümlü yanaşmalar və ənənəvi mühazirənin daha interaktiv və effektiv dərs formatına keçirilməsi məsələləri müzakirə olunacaq.

Təlim çərçivəsində mövcud qanunvericilikdə tədris prosesinin təşkili, aktiv və interaktiv təlim metodları, tələbələrin dərs prosesinə cəlb olunması, problem və situasiya əsaslı öyrənmə, qrup işi və müzakirələrin təşkili, eləcə də digər tədris mexanizmləri nəzərdən keçiriləcək.

Eyni zamanda, müxtəlif fənlərin xüsusiyyətlərinə uyğun tədris metodunun seçilməsi, böyük auditoriyalarda interaktivliyin təmin olunması, tələbələrin tənqidi və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi, müəllimin dərsdə məlumat ötürən şəxsdən öyrənmə prosesini istiqamətləndirən fasilitatora çevrilməsi ilə bağlı praktik yanaşmalar təqdim ediləcək.

Professor-müəllim heyəti üçün təlim:
16 oktyabr 2026-cı il, saat 12:00
BDU-nun 1 saylı tədris binası, 710 nömrəli auditoriya

İnzibati heyətin əməkdaşları üçün təlim:
20 oktyabr 2026-cı il, saat 12:00
BDU-nun 1 saylı tədris binası, 600 nömrəli auditoriya

Təlimdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSedf1zWFGSNjl00RWA73nOgW849g_b9vAGHK8WVvM1OI2ZeLA/viewform?usp=send_form

 

 

Xəbərlər

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü
08/10/2026