BDU-da Novruz bayramı münasibətilə dəyirmi masa keçirilib

19/03/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı münasibətilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olmaqla həm də əcdadlarımızın bizə mirası olduğunu bildirib. Qeyd edib ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunub. Tarixən milli düşüncə tərzinin formalaşmasında, insanların yüksək əxlaqi dəyərlərinin zənginləşməsində böyük rol oynayan Novruz bayramı özündə paklığı, saflığı birləşdirir. Bu ilki Novruzun tamam başqa ab-havada - qalib ölkənin vətəndaşları kimi qeyd etdiyimizə diqqət çəkən rektor milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin Azərbaycanın şanlı tarixinə əbədi həkk olunduğunu qeyd edib.
Daha sonra Millət Məclisin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri Səhər Orucova (“Novruz kosmoqonik və mifoloji xalq təfəkküründə”), BDU-nun Astrofizika kafedrasının dosenti Kəmalə Alışeva (“Novruz astronomik hadisə kimi”), BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurbanın (“Novruz adət-ənənələri”) çıxışları dinlənilib. Məruzələrdə yazın gəlişi, Novruz bayramının tarixi, adətləri, ünsürləri, obrazları, oyunları haqqında ətraflı məlumat verilib.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024