BDU-da Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin iştirakı ilə Novruz şənliyi keçirilib

17/03/2017

Bakı Dövlət Universitetində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmovbayram münasibəti ilə universitetin müəllim-tələbə heyətini təbrik edib, xalqımızın  milli dəyərlərə önəm verməsi baxımındanNovruzun keçirilməsinin əhəmiyyətini qeyd edib. Ulu öndər Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları xatırladan rektor prezident İlham Əliyevin hər il dövlət səviyyəsində qeyd olunan Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını bayrama olan dövlət qayğısı kimi xarakterizə edib.
Daha sonra Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təqdimatında  yeddi regionda - Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Lənkəranda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib, dərnəyin üzvləri, Asəf Zeynallı adına musiqi kollecinin tələbələrinin təqdimatında muğam ifa edilib.

Tədbir Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin çıxışı ilə davam edib. Bədii rəhbəri Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli, adıçəkilən Akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə direktoru Yeganə Axundova, baş drijoru Fuad İbrahimov olan orkestrin ifasında Qara Qarayevin "Adajio və rəqs", Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Astor Piatsollanın “Fuqa-misterio”, Niyazinin “Qaytağı”, Aqşin Əlizadənin “Cəngi”  əsərləri səsləndirilib.Beynəlxalq müsabiqə laureatı Ümidə Abbasova Antonio Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Respublika müsabiqələr laureatları Orxan Cəlilov və Nərminə Abdullayeva Niyazinin “Arzu”, “ Gəl bizə” mahnılarını ifa ediblər.
Mətbuat və informasiya şöbəsi, 17 mart 2017-ci il

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026