BDU-da “Novruz-milli-mənəvi dəyərimizdir” bədii hissəli elmi seminar

07/03/2017

Azərbaycan  şifahi  xalq ədəbiyyatı kafedrasının  təşkil etdiyi  “Novruz-milli-mənəvi dəyərimizdir”  mövzusunda elmi seminar və Yel çərşənbəsi ilə bağlı tədbir keçirilib. Filologiya fakültəsinin tələbələri Şəms Həmzəyeva və Elnur Soltanov Yel çərşənbəsinə məxsus xalq inanclarından, adətlərindən danışıb. Elmi seminarda magistrlar Gözəl Quliyeva,  Aynurə Allahverdiyeva, Arzu Həsənli,  Jalə Rüstəmova və doktorant Jalə NağıyevaNovruz çərşənbələri ilə bağlı məruzələr ediblər. Azərbaycan  şifahi  xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin üzvləri Rəqsanə Əsədova, Səidə Əliyeva, Türkan Mahmudova, Xədicə Azayeva, Fidan  Həsənova, Rövlan Hacıyev, Bəxtiyar Mustafayev Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında Hüseyn Seyidzadənin çəkdiyi “Qaynana filmi” tamaşaya qoyulub. Zaur Alıyev, Prezident təqaüdçüsü Cəlal Əliyev və digər musiqiçilərin ifasında mahnılar dinlənilib. Sonda qonaqlar üçün çay süfrəsi açılıb.

Mətbuat və informasiya şöbəsi, 07 mart 2017-ci il

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026