BDU-da “İnsan alveri ilə mübarizə” mövzusunda təlim

09/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq Klubunun birgə təşkilatçılığı ilə "İnsan alveri ilə mübarizə" mövzusunda təlim keçirilib.

Təlimçi qismində vəkil Aytən Əliyeva çıxış edib. O, ilk növbədə insan alveri cinayətlərinin milli qanunvericilikdə və beynəlxalq sənədlərdə necə əks olunduğuna aydınlıq gətirib.

Təlimdə insan alverinin insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, adam oğurluğu, insan qaçaqmalçılığı ilə fərqi tələbələrin iştirakı ilə dəqiqləşdirilib. İnsan alveri qurbanlarının tora salınma üsulları, insan alverçilərinin faydalandığı faktorlardan danışan təlimçi mövzu ilə bağlı statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təlim diskussiya şəklində davam edib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026