BDU-da “Ünsiyyət zamanı istifadə olunan kommunikativ vasitələr” mövzusunda elmi seminar keçirilib

04/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının təşəbbüsü ilə “Ünsiyyət zamanı istifadə olunan kommunikativ vasitələr” mövzusunda elmi seminar keçirilib.

Mövzu ilə bağlı məruzə edən kafedra müdiri, professor İlhamə Hacıyeva bildirib ki, elmi seminar ünsiyyət zamanı istifadə olunan kommunikativ vasitələrə həsr edilib. Qeyd olunub ki, ünsiyyət olduqca mürəkkəb və maraqlı psixi hadisədir. İlhamə Hacıyeva məzmunundan asılı olaraq ünsiyyətin müxtəlif növləri haqqında məlumat verib.

Ünsiyyətin bioloji və sosial tərəflərinə toxunan məruzəçi onun vasitəsiz və vasitəli növlərindən söz açaraq bildirib ki, vasitəsiz ünsiyyət heç bir kənar təhrik olmadan  ünsiyyət aktıdır, vasitəli ünsiyyət isə vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyət formasıdır.

Həmçinin çıxışda dildə ekspressivlik və emosionallığın verbal və qeyri-verbal ifadə vasitələri haqqında müxtəlif tədqiqatçıların fikirləri diqqətə çatdırılıb, paralinqvistik vasitələr, superseqment vasitələr, qeyri-verbal kontekst, verbal kontekst kimi anlayışlar təhlil olunub.

Sonda məruzəçi kafedra əməkdaşlarının suallarını cavablandırıb.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026