BDU-da “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda tələbə elmi seminarı

19/11/2018

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. Seminarda BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, gənc tədqiqatçılar, bakalavriat və magistrantlar iştirak edib. Tələbə elmi seminarının rəhbəri, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının  II kurs magistrantı Aygün Əliyeva tədbiri açıq elan edərək, iştirakçıları seminarın mövzusu və məruzəçi haqqında məlumatlandırıb.

Mövzu üzrə məruzə edən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Günay Əliyeva müasir dövrdə internetin dilə, xüsusən yazılı nitqə təsirindən danışıb. O, internetdə, əsasən, sosial şəbəkələrdə yazılı nitqdə fikrin ifadəsinə xidmət edən və əsas ünsiyyət vasitəsinə çevrilən piktoqrafik və ideoqrafik ifadələrdən, simvollardan və onların dilə təsirindən ətraflı söz açıb, bu cür mesajlaşmanın faydalı və zərərli tərəfləri barəsində məlumat verib.

Sonra mövzu üzrəopponentlər- Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov və Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Aytən Əkbərli çıxış edərək,tədqiqat işinin əhəmiyyətindən danışıb, məruzə ilə bağlı irad və təkliflərini səsləndiriblər.

Dosent Rəhilə Quliyeva çıxışında TEB-in belə seminarlar keçirməsini, tələbələrin elmi fəaliyyətdəki aktivliyini yüksək qiymətləndirib, mövzu ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra TEB-in sədri Pərvin Eyvazov, sədr müavini, Azərbaycan dilçiliyi kafedrasının II kurs magistrantı Murad Əmənov, III kurs tələbəsi Aytən Şamilova və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 19 noyabr 2018-ci il.


Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024