BDU-da növbəti intellektual marafon keçirilib

14/03/2016

BDU Tələbə Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən "IN Club"un təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Nə? Harada? Nə zaman?” oyunu üzrə İntellekt Marafonu Festivalı keçirilib.

THİK sədr müavini Eltac Cəbiyev tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.

“IN Club”un sədri Nəcməddin Sofiyev çıxış edərək,intellektual oyunlarının keçirilməsinin vacibliyindən, son illər BDU tələbələrinin bu sahədə qazandıqları uğurlardan bəhs edib.

40-a yaxın komandanın iştirak etdiyi yarışmada I yerə “G-15”, II yerə “Kreativ”, III yerə isə “Red sakura” komandaları layiq görülüb.

Təltifetmə mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov universitetdə təşkil olunan intellektual səpkili tədbirləri təqdir etdiyini, davamlı olması üçün hər zaman dəstək verməyə hazır olduğunu bildirib, tələbələrə bu istiqamətdə uğurlar arzulayıb. Sonda qaliblər sertifikat və hədiyyələrlə təltif olunub.

Mətbuat və informasiya şöbəsi, 14 mart 2016-cı il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026