BDU-da növbəti tyutor hazırlığı kursları başlayıb

30/10/2017

Bakı Dövlət Universitetində növbəti tyutor hazırlığı kursları başlayıb. Rektor, akademik Abel Məhərrəmov bildirib ki, 2008-ci ildən başlayaraq universitetdə Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirilir. Artıq 9 ildir ki, Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə BDU və digər universitetlər üçün ümumilikdə 274 tyutor hazırlanıb.

Rektor bildirib ki, indiyədək kursu bitirən BDU namizədlərinin böyük əksəriyyəti fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediliblər.

Tədbirdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Tədris Departamentinin müdiri, professor Məlahət Qurbanova, İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev, fakültə və struktur rəhbərləri və tyutorluq kursuna namizədlər işitrak ediblər.

Mətbuat və informasiya şöbəsi, 31 oktyabr 2017-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026