“İnzibati hüquq və İnzibati proses” adlı Beynəlxalq simpoziumunun açılış mərasimi keçirilib

24/05/2021

2021-ci il 24 may tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsində “İnzibati hüquq və İnzibati proses” adlı Beynəlxalq simpoziumunun açılışı mərasimi keçirilib.

Simpozium İstanbul Ticarət Universiteti, İstanbul Universiteti Hüquq fakültəsinin İnzibati Hüquq və Elm Tətbiqi və Araşdırma Mərkəzi, Özbəkistanın  Buxara Dövlət Universiteti, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, H.Dosmuhammedov adına Atırau Universiteti və Makedoniyanın Beynəlxalq Vizyon Universiteti ilə əməkdaşlıq çərçəvəsində təşkil edilib.

Açılış mərasimində İstanbul Ticarət  Universitetinin  rektoru Yücel Oğurlu, Buxara Dövlət Universitetinin rektoru Abidcan Hamidov, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, İstanbul Universitetinin Hüquq fakültəsinin İnzibati Hüquq və Elm Tətbiqi və Araşdırma Mərkəzinin rəhbəri Aydın Gülan, İstanbul Ticarət Universitetinin Hüquq fakültəsinin dekanı Asuman Yılmaz çıxış ediblər.

BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əlyev İnzibati hüquq və inzibati proses sahəsində elmi tədqiqatların və müzakirələrin əhəmiyyətindən, Bakı Dövlət Universitetində bu istiqamətdində mövcud elmi məktəblərin formalaşması və inkişaf perspektivlərindən bəhs edib.

Üç gün davam edəcək simpoziumda səkkiz ölkədən hüquqşünas alimlər və tədqiqatçılar doqquz sesiyada müzakirələr aparacaqlar. BDU-nun Hüquq fakültəsinin 12 əməkdaşının sesiyalarda çıxışı nəzərdə tutulub.

 

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026