BDU-da okean yer qabığının formalaşmasında tendensiyalara dair elmi seminar

16/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində elmi seminar keçirilib. Seminarda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mayami Universitetinin Geologiya, Ətraf Mühit və Yer Elmləri Departamentinin professoru Yıldırım Dilek “Ofiolitlər və qlobal tektonika: zamanla okean yer qabığının formalaşmasında tendensiyalar” mövzusunda məruzə edib.

Yıldırım Dilek bildirib ki, ofiolitlər müxtəlif tərkibli maqmatik süxurların (diabaz və spilitlər, peridotit və serpentinitlər və b.) assosiasiyasıdır. Evgeosinklinalları, yaxud okean mənşəli strukturları səciyyələndirən əsas göstəricilərdən sayılır. Qırışıqlıq zonalarının, yaxud sistemlərinin ilkin mərhələlərində yaranır.

Alim bu sahədə aparılan tədqiqatlar barədə məlumat verib. Bildirib ki, bu assosiasiya ultraəsasi və əsasi maqmanın qırışıqlıq zonalarının orogendən əvvəlki mərhələsində yer qabığının yuxarı təbəqələrinə daxil olması nəticəsində yaranıb. Ofiolitlər müxtəlif geodinamik şəraitdə - okeanların aralıq sıra dağları istisna olmaqla, adalar qövsündə, qitəkənarı hövzələrdə, subduksiya zonalarında da yarana bilər.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, mövzu üzrə akademik Vasif Babazadə, professor Nazim İmamverdiyev və digərləri çıxış ediblər.

 

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026