BDU-da olimpiada hərəkatı genişlənir

25/06/2023

Bakı Dövlət Universitetində (BDU) olimpiada hərəkatı genişlənir.

BDU Elmi Şurasının bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul edilib. Rektor Elçin Babayev qeyd edib ki, bu məqsədlə BDU-da ənənəvi olaraq müxtəlif səviyyəli olimpiadaların keçirilməsi, tələbə və şagirdlər arasında olimpiada və digər beynəlxalq müsabiqələrin təşviqi nəzərdə tutulub. Eyni zamanda tələbə və şagirdlərin olimpiadalara hazırlanması məqsədilə xüsusi məşğələlər keçiriləcək. Həmçinin olimpiadalara hazırlıq səviyyəsində məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin mükafatlandırılması da nəzərdə tutulub.

Elmi Şurada Respublika və beynəlxalq fənn olimpiada qaliblərinin müsabiqədənkənar BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə qəbul olunması da qərara alınıb.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026