BDU-da Oman yazıçısı Coxa əl-Harsi ilə görüş

21/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllim və tələbələri Beynəlxalq Buker Mükafatına layiq görülmüş omanlı yazıçı Coxa Əl-Harsi ilə görüşüb. Görüşdə Coxa Əl-Harsi ərəbcədən Azərbaycan dilinə tərcümə edilmiş "Ayın qızları" kitabı, bədii yaradıcılığı, həyatı və Oman məişəti haqqında məlumat verib.

Qeyd edək ki, kitabın tərcüməçisi Şərqşünaslıq fakültəsinin məzunları Aytəkin Qocayeva, redaktoru isə Rəşad Həsənovdur.

Yazıçı ərəb ədəbiyyatı ilə yanaşı, dünya və Azərbaycan ədəbiyyatı ilə bağlı düşüncələrini paylaşıb, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi dahi Azərbaycan şairlərinə olan rəğbətini xüsusi olaraq vurğulayıb. Yazıçı Qurban Səidin “Əli və Nino” əsəri haqqında da xoş təəssüratlarını bölüşüb.

Görüşün sonunda Coxa Əl-Harsi Şərqşünaslıq fakültəsinin müəllim və tələbələrinin suallarını cavablandırıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026