BDU-da onlayn dərslər uğurla davam edir

19/03/2021

Bakı Dövlət Universitetində (BDU) təhsilin davamlılığı onlayn (məsafədən) formada uğurla davam edir. Tədris prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə də imkan verən “Microsoft Teams” platforması üzərindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il 15 fevral tarixli məktubuna müvafiq olaraq bakalavriat səviyyəsi üzrə Kimya, Biologiya, Fizika, Ekologiya və torpaqşünaslıq, Geologiya fakültələri üzrə laboratoriya dərsləri, Şərqşünaslıq fakültəsi üzrə praktiki fənlərlə bağlı məşğələ dərsləri könüllülük əsasında ənənəvi formada təşkil olunur. Ümumilikdə, 170 qrup üzrə 3500 tələbə ənənəvi formada tədris prosesinə cəlb edilib. Tələbələrin 95%-dən çoxu ənənəvi və onlayn formada təşkili olunan dərslərdə aktiv şəkildə iştirak edir. Onlayn dərslərin video qeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026