BDU-da onlayn dərslər uğurla təşkil olunur

16/04/2021

Bakı Dövlət Universitetində (BDU) onlayn dərslər uğurla davam etdirilir. Bakalavriat və magistratura səviyyələri üzrə, "Microsoft Teams” platforması üzərindən  mühazirələr təşkil olunur, ev tapşırıqları verilir, mühazirə və digər elektron dərs materiallarının tələbələrə ötürülməsi təmin etmək məqsədilə sistemə əlavə edilir. Fərdi və ya qrup şəklində onlayn müəllim-tələbə ünsiyyəti keçirilən materialların daha dərindən mənimsənilməsinə imkan yaradır. Tələbələr dərslərin video qeydiyyatından səmərəli yararlanırlar.

Platformanın verdiyi geniş imkanlardan istifadə edərək müvafiq mərkəzlər, fakültə dekanlığı və kafedra əməkdaşları arasında onlayn müzakirələr və dərslərin fənn proqramlarını əhatə etməsinə nəzarət həyata keçirilir. Eyni zamanda 2020/2021-ci tədris ilində məzun olacaq tələbələrə yekun dövlət imtahanı üçün ayrılan sualların izah edilməsi, buraxılış işləri və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılması davam etdirilir.

Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il 15 fevral tarixli məktubuna müvafiq olaraq bakalavriat səviyyəsi üzrə Kimya, Biologiya, Fizika, Ekologiya və torpaqşünaslıq, Geologiya fakültələri üzrə laboratoriya dərsləri, Şərqşünaslıq fakültəsi üzrə praktiki fənlərlə bağlı məşğələ dərsləri könüllülük əsasında ənənəvi formada təşkil olunur. Ümumilikdə, 170 qrup üzrə 3500 tələbə ənənəvi formada tədris prosesinə cəlb edilib.

Tələbələrin 95%-dən çoxu ənənəvi və onlayn formada təşkil olunan dərslərdə aktiv şəkildə iştirak edir.


Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025