BDU-da onlayn imtahan sessiyasının ikinci həftəsi start götürüb

16/06/2020

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının ikinci həftəsi start götürüb.
İyunun 16-da bakalavriat pilləsində təhsil alan 211 qrup üzrə 4629 (189 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 102 ixtisaslaşmada 99 fənn üzrə 351 magistrant imtahan verib. BDU-nun Qazax flialında isə 534 tələbə imtahanlarda iştirak edib.
İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.
BDU-da yay semestrinin imtahan sessiyası 5 həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək, sessiya iyulun 10-da yekunlaşacaq.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026