BDU-da onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub

12/06/2020

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub.
İyunun 12-də bakalavriat pilləsində təhsil alan 207 qrup üzrə 4389 (328 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 87 ixtisaslaşmada 71 fənn üzrə 282 magistrant imtahan verib.
İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
BDU-da yay semestrinin imtahan sessiyası 5 həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək, sessiya iyulun 10-da yekunlaşacaq.
Bu günə qədər BDU-da bakalavriat pilləsində təhsil alan 860 qrup üzrə 19045 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 327 ixtisaslaşmada 246 fənn üzrə 1081 magistrant  imtahan verib.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026