BDU-da onlayn imtahanlar davam edir

02/02/2021

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası onlayn formada öz işini uğurla davam etdirir.
01 fevral 2021-ci il tarixində keçirilən imtahanlarda BDU-da bakalavr pilləsində 184 qrup üzrə 3860 nəfər iştirak edib.
Magistratura pilləsində isə 105 ixtisaslaşmada 59 fənn üzrə 309 magistrant imtahan verib.
BDU-nun Qazax filialında isə 7 qrup üzrə 100 (yüz) nəfər imtahanlarda iştirak edib.
Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün tədbirlər  təşkil olunub. Sessiya müddətində universitet rektorluğu, dekanlar, dekan müavinləri, nəzarətçi müəllimlər və Tələbə Nəzarət Qrupu imtahanlara mütəmadi onlayn nəzarət edir. Həmçinin, tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apelyasiya Komissiyası da onlayn fəaliyyət göstərir.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026