BDU-da onlayn ustad dərsi keçirilib

04/05/2021

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən Konfutsi İnstitutu və Çinin Anhui Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə BDU-da onlayn ustad dərsi keçirilib.

Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Anhui Universitetinin professoru Song Xiaorong, universitetlərin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə Çin ədəbiyyatı, memarlığı, rəssamlığı haqqında məruzə oxuyan Anhui Universitetinin professoru Song Xiaorong Çin mədəniyyətinin çoxəsrlik ənənələrindən danışaraq, orta əsrlərin erkən dövrü Çin mədəniyyəti tarixinə, ədəbiyyat və rəngkarlığına "qızıl əsr" kimi daxil olduğundan danışıb. Xüsusilə, monqol sülalələrinin hakimiyyət illərində bu sahədə çox böyük irəliləyişlər əldə olunduğuna toxunub.

Daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov çıxış edərək BDU-nun müxtəlif ölkələrlə elm, təhsil sahəsində əlaqələrinin inkişaf etdiyindən bəhs edib, tələbə və mübadilə proqramları, eləcə də ikili diplom layihələri barədə geniş məlumat verib.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026