BDU-da onlayn yay imtahan sessiyası davam edir

02/07/2020

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən start götürən yaz semestrinin onlayn imtahan sessiyası bu gün də uğurla davam edib.
İyulun 2-də bakalavriat pilləsində təhsil alan 200 qrup üzrə 4347 (45 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 13 ixtisaslaşmada 7 fənn üzrə 53 magistrant imtahan verib.
BDU-nun Qazax flialında isə 370 tələbə imtahanlarda iştirak edib.
Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Sessiya iyulun 10-da yekunlaşacaq.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026