BDU-da orta məktəb dərsliklərinin dil problemləri araşdırılıb

14/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının nəzdində “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi-tədqiqat laboratoriyasında “Ümumtəhsil məktəbləri dərsliklərinin vəziyyəti və dərslik müəlliflərinin məsuliyyəti” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və magistrantları, laboratoriya əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev seminarın mövzusunun aktuallığından, orta məktəb dərsliklərinin dil-üslub məsələləri ilə bağlı aparılan ictimai müzakirələrdən danışıb.

Mövzu ilə bağlı çıxış edən laboratoriyanın böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İradə Kərimova bildirib ki, ümumtəhsil məktəblərində tədris olunan dərsliklərin əksəriyyətinin dili şagirdlərin yaş həddinə uyğun deyil və onların başa düşəcəkləri bir dildə yazılmır. Ümumtəhsil məktəbləri üçün dərslik yazmağı öhdəsinə götürən müəlliflər bu işə çox məsuliyyətlə yanaşmalı, özlərinin deyil, məhz uşaqların yaş həddini nəzərə almalıdırlar. Dərsliklər tərtib olunan zaman ədəbi dilin normalarından əlavə, dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, sözlər aydın olmalı, fikir dolaşıqlığı yaradılmamalı, müəllifin nitqi ədəbi dilin leksik normasına uyğun olmalıdır.

Çıxışda o da qeyd olunub ki, keyfiyyətli dərslik tədris prosesində qarşıya çıxa biləcək bir çox problemi aradan qaldırır, təlimin səmərəliliyini artırır, şagirdlərin biliklərinin sistemləşdirilməsinə, yaradıcılıq qabiliyyətlərinin inkişafına imkan verir. Keyfiyyətli dərsliyin metodoloji əsasını elmi və pedaqoji yanaşmalar arasında diskussiyalar təşkil edir. Bu, onunla izah edilir ki, dərslik müəllifləri müasir elmlərdə qəbul edilən ən son versiyaları və hadisələrin şərhlərini yaxşı bilməlidirlər. Ümumiyyətlə, dərslik təhsil sahəsində iş təcrübəsi olan və tədris prosesinin iştirakçılarının xüsusi ehtiyaclarını başa düşən müəlliflər tərəfindən yazılmalıdır.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024