BDU-da orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərinin dil-üslub problemləri araşdırılıb

12/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının nəzdində “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi-tədqiqat laboratoriyasında “Orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərində dil-üslub problemləri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə “Dədə Qorqud”, “Türkoloji araşdırmalar”, “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi-tədqiqat laboratoriyalarının, həmçinin Azərbaycan dilçiliyi və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşları iştirak ediblər.

Laboratoriyanın böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xatirə Vəliyeva iştirakçılara orta məktəb dərsliklərində Azərbaycan dili ilə bağlı problemlər haqqında məlumat verib. Qeyd edib ki, dərsliklər tərtib olunan zaman ədəbi dil normalarına diqqət yetirmək ən vacib məsələlərdən biridir.

Mövzu ilə bağlı məruzə edən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in kiçik elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zeynəb Cəfərova orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərindəki problemli məqamları dil faktları əsasında təhlil edib. Bildirib  ki, dərsliklər tərtib olunan zaman ədəbi dilin normalarından əlavə, dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, suallar aydın olmalı, fikir dolaşıqlığı yaradılmamalı, ədəbiyyat dərsliklərində bədii üslub saxlanmaqla yanaşı, müəllifin nitqi ədəbi dilin orfoqrafik normasına uyğun olmalıdır.

Məruzədə həmçinin o da qeyd olunub ki, Azərbaycan dili və ədəbiyyat dərsliklərində çoxlu dil-üslub nöqsanlarına rast gəlinib. Bunlar daha çox fonetik, leksik, qrammatik, üslubi normaların pozulması, fikir mücərrədliyi ilə bağlıdır. Buna görə də dərsliklərdə dil problemlərinin yaranmaması üçün ədəbi dil normalarına, üslubi normalara, əsasən də elmi üsluba diqqət yetirilməlidir.

Seminar müzakirələrlə yekunlaşıb.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026