BDU-da “Oxu klubu”nun üzvləri ilə ilk görüş keçirilib

21/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Oxu klubu”nun üzvləri ilə ilk görüş keçirib.

Universitet əməkdaşları və tələbələrin şəxsi inkişaf səviyyəsinin artırılması məqsədi ilə keçirilən görüşdə məhsuldar və düzgün oxu üçün lazım olan şərtlər,  səhv oxu vərdişləri və onların aradan qaldırması yolları haqqında məlumat verilib. Həmçinin klub üzvlərinin hazırda oxuduqları ədəbiyyatla bağlı müzakirə aparılıb.

Qeyd edək ki, “Oxu  klubu”nun fəaliyyət planı çərçivəsində iştirakçıların oxu vərdişi və moderatorluq qabiliyyəti inkişaf etdiriləcək, ədəbiyyat nümunələri və  şeirlərin təhlili aparılacaq. Eyni zamanda, iştirakçıların oxu bacarıqlarının inkişaf etdirməsi məqsədi ilə psixi proseslər üzrə praktik çalışmalar da nəzərdə tutulub.

“Oxu klubu”nun üzvləri ilə görüş ayda 2 dəfə 2 saat olmaqla keçiriləcək.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026