BDU-da oxucu məmnunluğu probleminin sosial-fəlsəfi mahiyyəti araşdırılıb

17/04/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə “Oxucu məmnunluğu probleminin sosial-fəlsəfi mahiyyəti” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi Sahibə Əliyeva məruzə edib.

Araşdırmada kitabxana-informasiya xidmətinin komponentləri, akademik kitabxanalarda xidmətin qiymətləndirilməsi, kitabxana xidmətinin keyfiyyətinin artırılması üçün müasir üsullar, kitabxana-informasiya xidmətində oxucu məmnunluğu probleminin sosial-fəlsəfi mahiyyəti, oxucu marağının izlənməsi kimi mühüm istiqamətlər təhlil olunub. Qeyd edilib ki, sosial institut kimi fəaliyyət göstərən kitabxanaların səmərəlilik göstəriciləri oxuculara xidmətin keyfiyyətindən və əlçatanlığından, oxucu məmnunluğunun sistematik qiymətləndirilməsindən bilavasitə asılıdır.

Məruzədə oxucu məmnunluğu probleminin sosial-fəlsəfi mahiyyətinin səmərəlilik meyarlarına təsir edən fəlsəfi amilləri izah olunub, onların kitabxanaşünaslıq tədqiqatlarında tətbiqinin sahənin elmi-nəzəri metodologiyasını zənginləşdirdiyi vurğulanıb. Ölkəmizdə kitabxanaşünaslıq elmi məktəbinin banisi, professor Abuzər Xələfov tərəfindən bu istiqamətdə ciddi araşdırmaların aparıldığı diqqətə çatdırılıb.

Tədqiqatda həmçinin mütaliə mədəniyyətinin formalaşması, onun inkişafına verilən tələblər şərh olunub, mütaliə prosesinin oxucu məmnunluğunun formalaşmasındakı mühüm roluna aydınlıq gətirilib, ənənəvi və elektron resurslardan istifadə zamanı oxucu məmnunluğu prosesləri müxtəlif aspektlərdən qiymətləndirilib.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026