BDU-da Pakistan-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib

04/10/2017

Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbiri Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğun əməkdaşı Rəşad Hüseynov açıb.
Daha sonra çıxış edən səfirliyin missiya rəhbəri Mübaşir Əhməd ölkələrimiz arasındakı dostluq münasibətlərindən, bütün sahələrdə, o cümlədən elm-təhsil sferasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. O, Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edərək təhsil sahəsində ölkələrarası əməkdaşlığın daha da inkişafına dəstək olacaqlarını qeyd edib.
Tədbir Pakistan İslam Respublikasının mədəniyyətini əks etdirən bədii hissə ilə davam etdirilib.

 

Mətbuat və informasiya şöbəsi, 04 oktyabr 2017-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026