BDU-da pambıq genotiplərində fitohormonların roluna dair tədqiqatlar aparılır

07/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Pambıq genotiplərinin göbələk xəstəliklərinə qarşı tolerantlığın yaranmasında fitohormonların rolu” mövzusunda elmi seminar keçirilib.

Biologiya fakültəsinin dissertantı Nurlan Əmrahovun apardığı tədqiqat Verticillium dahliae patogen göbələyinin və ağır metalların pambıq bitkisinin məhsuldarlığına təsiri və onun azaldılmasında fitohormonların roluna həsr olunub.

Tədqiqat çərçivəsində salisil turşusu, kinetin, indol-3-sirkə turşusu və onların qrafen oksidi ilə nanoansambllarının pambıq bitkisinin morfoloji, fizioloji və biokimyəvi göstəricilərinə təsiri araşdırılıb. Nəticələr göstərib ki, bu birləşmələr bitkilərdə antioksidant sistemin aktivliyini artırır, oksidləşdirici stresə qarşı davamlılığı yüksəldir və patogen əleyhinə qorumanı gücləndirir.

Seminarda qeyd olunub ki, əldə edilən nəticələr pambıqçılıqda biotik və abiotik stres amillərinə qarşı davamlı sortların yaradılması, ekoloji cəhətdən təhlükəsiz biostimulyatorların hazırlanması və kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yeni imkanlar açır.
Tədbir elmi müzakirələr və fikir mübadiləsi ilə yekunlaşıb.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026