BDU-da payız semestrinin imtahan sessiyası başlayıb

05/01/2022

Bu gün Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli F-570 nömrəli əmrinə müvafiq olaraq əyani formada təşkil edilib.

İmtahanların ilk günündə BDU-nun rektoru Elçin Babayev professor-müəllim heyəti ilə görüşdə sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin və şəffaflığın təmin edilməsi üçün bütün şəraitin yaradıldığını bildirib. İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na  ciddi riayət olunacağını qeyd edib. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə müvəffəqiyyət arzulayıb.

COVID-19 pandemiyasının mənfi təsirlərinin azaldılması, BDU-da imtahanlararası növbəliliyin gözlənilməsi, sıxlığın aradan qaldırılması məqsədilə bakalavriat səviyyəsinin I kursunda təhsil alan tələbələr üçün humanitar fənn blokuna aid olan “Azərbaycan dilində işgüzar kommunikasiya” və “Xarici dildə işgüzar kommunikasiya” fənləri üzrə  imtahanların şifahi formada cədvəl üzrə müəyyən olunmuş günlərdə saat 14:00-18:00 aralığında təşkil ediləcək. Həmçinin II, III, IV kurslarda payız semestrində tədris olunan fənlərdən yalnız biri üzrə imtahanın şifahi formada, əvvəlcədən təyin olunmuş günlərdə saat 14:00-18:00 aralığında təşkil ediləcək.

Bakalavriat səviyyəsinin bütün kurslarında yazılı imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 10:00-13:00 aralığında təşkil ediləcək. Magistratura səviyyəsinin I və II kurslarında bütün imtahanların yazılı formada və əvvəlcədən təyin olunmuş günlər üzrə saat 14:00-18:00 aralığında təşkil olunacaq. 2021/2022-ci tədris ilinin payız semestrində onlayn və ənənəvi dərslərdə texniki səbəbdən, eləcə də xəstəliklə əlaqədar olaraq iştirak edə bilməyən tələbələrin müraciətlərinə onların təqdim etdikləri sənədlərə uyğun olaraq fərdi qaydada baxılacaq.

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024