BDU-da “Peerstack Academy” layihəsinə həsr olunmuş infosessiya

24/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri üçün “Peerstack Academy” layihəsinə həsr olunmuş infosessiya keçirilib.

“Peerstack Academy”nin əməliyyatlar üzrə direktoru Məryəm Abbaszadə layihənin əsas istiqamətləri, təhsil imkanları və üstünlükləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “Peerstack Academy” “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Layihənin məqsədi tələbələrin texnoloji sahədə inkişafına təkan vermək, onların praktiki bacarıqlarını gücləndirmək və uğurlu karyeralarına dəstək olmaqdır. Məryəm Abbaszadə çıxışı zamanı vurğulayıb ki, “Peerstack Academy” tələbələrə innovasiya və texnologiyanın mərkəzində yerləşən müasir təhsil mühiti yaradır. Layihə çərçivəsində iştirakçılar real biznes və texnoloji layihələr üzərində işləmək imkanı qazanır, bu isə onların peşəkar İT portfellərinin formalaşmasına şərait yaradır.

Qeyd edilib ki, proqramı uğurla başa vuran tələbələr beynəlxalq səviyyədə tanınan ikili sertifikat əldə edirlər. İnfosessiyada həmçinin “peer-to-peer” öyrənmə metodikası, təqaüdlə təhsil alma imkanları, İT sahəsində karyera qurmaq və təcrübə proqramlarına qoşularaq gələcək məşğulluq perspektivlərindən yararlanmaq kimi məsələlərə də aydınlıq gətirilib.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026