BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək

17/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 21-də “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək. Sərgidə ölkənin 12 nüfuzlu bankının iştirakı nəzərdə tutulur.

Sərginin keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı bankları ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir.

Sərgidə tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop" və seminarların keçirilməsi, təlimlərin təşkili nəzərdə tutulub.

Tarix: 21 oktyabr 2025

Saat: 10:00 – 13:00

Məkan: Bakı Dövlət Universiteti, əsas tədris binası, III mərtəbə

Sərgidə iştirak üçün qeydiyyat linki: https://forms.gle/jQgKQ7888BksMuGP6

Qeydiyyat üçün son tarix: 20.10.2025

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026