BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı növbəti ixtisaslaşmış Karyera Sərgisi

29/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5 illiyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” adlı növbəti ixtisaslaşmış Karyera Sərgisi keçirilib.

Sərginin açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qeyd edib ki, hər bir ali təhsil müəssisəsinin əsas göstəricisi onun məzunları və onların məşğulluq səviyyəsidir: “BDU-da hər il keçirilən kütləvi karyera sərgiləri bu tədris ilindən etibarən ixtisaslaşmış karyera sərgiləri ilə əvəz olunub. Ötən sərgidə ölkənin ən nüfuzlu 12 bankı iqtisadiyyat istiqamətli ixtisaslar üzrə təcrübə proqramları və vakant yerləri tələbə və məzunlara təqdim etmişdilər. Həmin sərgidən sonra banklar kifayət qədər yeni işçi cəlb edə biliblər. Bugünkü ixtisaslaşmış Karyera Sərgisində isə İT və innovasiya sektorunu təmsil edən 10 aparıcı şirkət 2000-dən artıq tələbə və məzuna vakansiya, təcrübə və təqaüd proqramları təqdim edir”.

Karyera sərgisi çərçivəsində tələbələrin şəxsi və peşəkar inkişafına yönəlmiş müxtəlif “workshop”lar və seminarlar təşkil olunub, eləcə də interaktiv təlimlər keçirilib.

Xəbərlər

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib
13/03/2026

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”
13/03/2026

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”
13/03/2026