BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

23/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Karyera və məzunlarla iş Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələrin karyera inkişafına dəstək məqsədilə “PEŞƏkar söhbətlər” layihəsi həyata keçiriləcək. Layihənin əsas məqsədi tələbələrlə peşəkarlar arasında birbaşa ünsiyyət imkanları yaratmaq, onların əmək bazarının tələbləri, işə qəbul prosesi və karyera planlaması ilə bağlı məlumatlılığını artırmaqdır.

Layihə çərçivəsində ayda iki dəfə təşkil olunacaq görüşlərdə tələbələr HR mütəxəssisləri, şirkət nümayəndələri, işəgötürənlər, universitet məzunları və müxtəlif sahələr üzrə ekspertlərlə görüşərək onların təcrübə və tövsiyələrindən yararlanacaqlar. İnteraktiv formatda təşkil olunacaq görüşlərdə mövzu üzrə müzakirələr, sual-cavab sessiyaları və təcrübə mübadiləsi aparılacaq, tələbələr üçün yeni peşəkar əlaqələr qurmaq imkanı yaradılacaq

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026