BDU-da "Planetimizin davamlılığının inkişaf etdirilməsində alimlərin və mühəndislərin rolu" adlı mühazirə

05/05/2023

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Elm Festivalı çərçivəsində Doerr Davamlılıq Məktəbinin və Stenford Universitetinin Mühəndislik fakültəsinin mülki və ətraf mühit mühəndisliyi üzrə professoru Maykl Lepekin ustad mühazirəsi dinlənilib.

BDU-nun Texnologiyaların transferi və innovasiyalar şöbəsi və SABAH.lab-ın təşkilatçılığı ilə keçirilən mühazirədə Maykl Lepek "Planetimizin davamlılığının inkişaf etdirilməsində alimlərin və mühəndislərin rolu" mövzusunda çıxış edib.

Maykl Lepek dövrümüzün əsas ekzistensial problemlərindən biri olan davamlılığın inkişaf etdirilməsində innovativ addımlar haqqında məlumat verib. O, ABŞ-nin Milli Mühəndislik Akademiyasının davamlılıqla bağlı problemləri dəyərləndirməsinin səbəbləri, davamlılıq problemlərinin çoxölçülülüyü və miqyası haqqında aparılmış araşdırmaları təqdim edib. Həmçinin mürəkkəb detallar nəzərə alındıqda ortaya çıxan "metastruktur" konsepti haqqında məlumat verib. Qeyd edib ki, “metastruktur” dedikdə fiziki infrastrukturlar, rəqəmsal informasiya texnologiyaları, maliyyələşdirmə mexanizmləri, biznes və biznes modelləri, tərəfdaşlıqlar və birgə layihələr tətbiq etməli olan qurumlar nəzərdə tutulur. Bu texnologiyalar və təşkilatlar toplusu Stenforddakı tədqiqatçılar tərəfindən ənənəvi infrastruktur sistemlərindən yeni və innovativ üsullarla istifadə edən transsendent infrastruktur formasını göstərmək üçün “metastruktur” adlandırılıb. Hazırda “Uber” və “Kickstarter” kimi bizneslər bu mexanizmlərdən istifadə edir.

Professor Maykl Lepek Azərbaycanı gələcəkdə enerji ehtiyatlarından yüksək şəkildə istifadə etmək qabiliyyətinə malik ölkə kimi dəyərləndirib.

Sonda tələbələrin çoxsaylı sualları cavblandırılıb.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026