BDU-da “planetlərin paradı”nın astronomik müşahidəsi keçiriləcək

02/03/2026

Martın 3-də Bakı Dövlət Universitetində (BDU) "Planetlərin paradı"nın astronomik müşahidəsi keçiriləcək.

“Planetlərin paradı”nda 6 planet iştirak edəcək. Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanacaqlar. Günəşdən sıralanma ardıcıllığı aşağıdakı kimi olacaq: Merkuri, Venera,  Neptun, Saturn, Uran və Yupiter.

“Planetlərin böyük paradı”nı Günəş batdıqdan dərhal sonra - təxminən bir saatlıq müddət ərzində izləmək mümkün olacaq. Belə ki, Bakı vaxti ilə Günəş saat 18:34-də batacaq, bunun ardınca isə artıq Merkuri, Venera, Neptun və Saturn qərbdə Günəş batdığı istiqamətdə üfüq yaxınlığında olacaqlar.

Müşahidə tədbiri BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin önündə həyata keçiriləcək. Müşahidə "Celestron - Schmidt Cassegrain" teleskopu vasitəsilə aparılacaq.

 

Xəbərlər

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü
08/10/2026