BDU-da "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri” mövzusunda təlim

30/03/2022

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə BDU könüllüləri və Milli QHT Forumu Könüllülər Birliyinin təşkilatçılığı ilə "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri” mövzusunda təlim keçirilib.
Təlimdə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Könül Aslanova, BDU könüllülərinin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Leyla İmaməliyeva, Milli QHT Forumu Könüllülər Birliyinin sədri Hatəm Həzizadə və təlimçi qismində birliyin koordinatoru Hüsniyyə Necati iştirak ediblər.
Tədbirdə plastik tullantıların təbiətə və sağlamlığa vurduğu zərər haqqında danışılıb, Plastik maddələrin kimyəvi təsirləri, istehsalı, yenidən emalı barədə məsələlər müzakirə olunub. Çıxışlarda plastik tullantıların ətraf mühitə mənfi təsirinin qarşısının alınması üçün dövlət tərəfindən məqsədyönlü siyasət aparıldığı qeyd olunub.
Daha sonra Hüsniyyə Necati tələbələrin suallarını cavablandırıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
18/09/2026