BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

10/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Xalq şairi Nəbi Xəzri və tanınmış şair, ictimai xadim Əli Tudənin 100 illik yubileyləri münasibətilə “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi təşkil edib.

Sərgidə Nəbi Xəzrinin əsərləri, redaktoru olduğu, tərcümə etdiyi, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında müxtəlif dillərdə ədəbiyyatlar və Əli Tudənin müəllifi olduğu, haqqında yazılan kitablar, həmçinin şairin oğlu Natiq Cavadzadənin təşəbbüsü və vəsaiti hesabına nəşr olunmuş çoxcildliklər nümayiş olunur.

Ümumilikdə 100-ə yaxın nəşrin yer aldığı sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026