BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar

25/12/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində ölkəmizdə kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şərəf” və “Şöhrət” ordenli Abuzər Xələfova həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi “Professor Abuzər Xələfovun elmi tədqiqatlarında kitabxana və cəmiyyət” mövzusunda məruzə edib.

Məruzədə kitabxanaşünas alim Abuzər Xələfovun ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında xidmətlərindən bəhs olunub. Bildirilib ki, professor Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə Kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilib, alim uzun müddət fakültənin dekanı və kafedra müdiri vəzifələrində çalışıb. Pərviz Kazimi alimin 500-ə yaxın əsərinin, o cümlədən fundamental monoqrafiya, dərslik və dərs vəsaitlərinin çap olunduğunu qeyd edib. O, professor Abuzər Xələfovun xidmətlərinin Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini, alimin ali dövlət mükafatlarına, orden və medallara layiq görüldüyünü diqqətə çatdırıb.

Məruzədə professor Abuzər Xələfovun elmi irsi geniş şərh olunub, alimin elmi-tədqiqatlarında kitabxana və cəmiyyət tandeminin hərtərəfli və davamlı araşdırıldığı diqqətə çatdırılıb.

Kafedra müdirləri Elçin Əhmədov, Nadir İsmayılov, Knyaz Aslan, Sevda Xələfova, fakültə əməkdaşlarından Azad Qurbanov, Sima İsmayılova, Solmaz Sadıqova, Zöhrə Camalova, Rəşad Qardaşov, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova çıxış edərək məruzə barədə fikirlərini bildirib, professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətindən bəhs ediblər.

Alimin nəvəsi, İnformasiya və sənəd menecmenti fakültəsinin ikinci kurs tələbəsi Zeynəb Xələfova babasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə elmi seminarın təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Sonda professor Abuzər Xələfova həsr olunmuş videoçarx nümayiş etdirilib, fakültənin ən yüksək təhsil göstəricisinə malik tələbəsi Könül Muxtarlıya “Abuzər Xələfov mükafatı” təqdim olunub.

Xəbərlər

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib
25/12/2025

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
25/12/2025

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar
25/12/2025